Ermənistan Baş naziri Nikol Paşinyanın qərarı ilə Ermənistanla Azərbaycan arasında sərhəd təhlükəsizliyi və dövlət sərhədinin delimitasiyası üzrə komissiyanın nəzdində işçi qrupu yaradılıb.
Teleqraf.com xəbər verir ki, işçi qrupuna Ermənistan Müdafiə Nazirliyi, Silahlı Qüvvələr, Milli Təhlükəsizlik Xidməti, Təhlükəsizlik Şurası və Kadastr Komitəsinin nümayəndələri daxildir.
Qrupun işinin koordinasiyası təhlükəsizlik xidmətinin şöbə rəhbəri Davit Sanamyana həvalə edilib.
Qrupun ilk işi Azərbaycana qaytarılacaq Qızılhacılı, Aşağı Əskipara, Xeyrimli və Bağanıs Ayrım istiqamətlərində sərhədləri müəyyənləşdirmək və əraziləri ölçmək olacaq. Artıq sözügedən kəndlərin təhvil verilməsi ilə bağlı rəsmi Bakıyla İrəvan arasında razılaşma əldə olunub.