5 İyun 11:30
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Revanşist hərəkatın başçısı, keşiş Baqrat Qalstanyanla hərbi cinayətkar Serj Sərkisyan arasında görüş keçirilib. Görüş ikincinin İrəvandakı malikanəsində baş tutub.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

Baqrat “hərəkatın gələcək taktikası” ilə bağlı fikirlərindən danışıb. O, prosesin əvvəldən parlamentə keçirilməsi və Baş nazir Nikol Paşinyanın impiçment edilməsinin tərəfdarı olduğunu söyləsə də, bu planının baş tutmadığını da etiraf edib. Bu səbəbdən küçədə keçirdiyi piketlərin davam edəcəyini vurğulayıb.

Serj Sərkisyana gəlincə, hərbi cinayətkar bildirib ki, rəhbərlik etdiyi partiya hərəkatı hələ Tavuşdan İrəvana gəlməzdən əvvəl dəstəkləyir.

“Sərkisyan xüsusi olaraq vurğulayıb ki, bu mübarizə partiyası və onun üçün gözləntilər mübarizəsidir, son məqsədi Nikoldan yaxa qurtarmaqdır”, - nəşr yazır.

Qeyd edək ki, Baqrat Qalstanyan dəstəsi ilə Tavuşdan İrəvana gəlməzdən əvvəl Levon Ter-Petrosyanla da görüşmüşdü. Onun hələlik digər hərbi cinayətkar Robert Köçəryanla görüşünə dair məlumat yoxdur. Amma bu revanşist hərəkatın təşkilatçısı və ssenari müəllifinin Köçəryan olduğu hər kəsə bəllidir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər