9 İyun 19:46
984
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Görüşlərimdə əmin oldum ki, Rusiya Ukraynanı məğlub edə bilməz. Ukraynada hər kəs bu müharibəni müstəqillik və suverenlik uğrunda mübarizə hesab edir".

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın Nor Nork inzibati dairəsinin rəhbəri Tiqran Ter-Marqaryan özünün Facebook səhifəsində Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarovaya cavab olaraq yazıb.

“Xüsusilə xanım Zaxarova üçün bir neçə dəqiqləşdirmə. İrəvanın Nor Nork inzibati ərazi dairəsinin başçısı və “Respublika” partiyasının siyasi şurasının üzvü kimi mən Ukraynaya səfər etdim və həm yerli hakimiyyət orqanları, həm də erməni icması ilə görüşdüm. Mən də humanitar yardım çatdırmaq üçün Buçada idim. Lazım gələrsə, yenidən getməyə hazırdır.
Görüşlərimdə əmin oldum ki, Rusiya Ukraynanı məğlub edə bilməz. Ukraynada hər kəs bu müharibəni müstəqillik və suverenlik uğrunda mübarizə hesab edir", deyə Marqaryan bildirib.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan nümayəndə heyətinin Buçaya getməsi ilə bağlı bu ölkəyə etiraz notası göndərildiyini bildirib.

Mariya Zaxarovanın sözlərinə görə, Moskva erməni nümayəndələrinin Ukraynanın bu şəhərinə səfərini qeyri-dost addım kimi qiymətləndirir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər