21 İyun 12:46
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus prezidentliyinə keçmiş namizəd Svetlana Tixanovskaya X sosial şəbəkəsində Vilnüsdə Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşü barədə yazıb.

Teleqraf.com xəbər verir ki, siyasətçi İrəvanın Belarus Prezidenti Aleksandr Lukaşenkoya qarşı addımlarını dəstəklədiyini bildirib.

“Ermənistana Lukaşenko hakimiyyətinə qarşı qətiyyətli mövqeyinə görə təşəkkür etdim”, - Tixanovskaya qeyd edib.

Ermənistan Baş naziri Nikol Paşinyan ötən həftə Lukaşenko Belarus prezidenti olduğu müddətdə rəsmilər və özünün bu ölkəyə getməyəcəyini açıqlayıb. Baş nazirin bəyanatı tərəflər arasında gərginlik yaradıb, bundan sonra hər iki ölkə səfirlərini geri çağırıb, qarşılıqlı əlaqələr dondurulub.

Qeyd edək ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan da martda Tixanovskaya ilə görüşmüşdü. Brüsseldə baş tutan görüş Belarusun sərt reaksiyası ilə qarşılanmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər