Hindistan Ermənistanı silahlandırmaqda davam edir. Ermənistana raket kompleksləri, hava hücumundan müdafiə sistemi və pilotsuz uçuş apartaları satan Hindistan indi isə snayper tüfəngləri satmağı planlaşdırır.
Teleqraf.com xəbər verir ki, bu barədə “Indian Defence” məlumat yayıb.
Hindistanın “SSS Defence” şirkəti özünün istehsal etdiyi snayper tüfənginin Ermənistana satışı ilə bağlı müqavilə imzalayıb.
Məlumata görə, rəsmi Dehli ilk dəfədir ki, tamamilə Hindistanda dizayn edilmiş və istehsal edilmiş snayper tüfənglərini xarici ölkəyə ixrac edir.