ABŞ Ermənistanın “Saziş 123”-ə qoşulmaq üçün müraciətini araşdırır, təsdiq olunarsa, Ermənistan Amerikanın mülki nüvə texnologiyalarını ala bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən Ermənistanın CivilNet portalına deyilib.
ABŞ qanunlarına əsasən, Ağ Ev mülki nüvə texnologiyasının digər ölkələrə ötürülməsi üçün bunun şərtlərini müəyyən edən ABŞ-ın Atom Enerjisi Agentliyi Aktının 123-cü maddəsini təsdiqləyən sənədi imzalamalıdır. Dövlət Departamentinin 2022-ci il yeniləməsinə görə, ABŞ-ın hazırda 48 ölkə ilə belə müqavilələri var.
Portal yazır ki, İrəvan “Saziş 123”ə qoşularsa, bu, Ermənistanda SSRİ dövründə tikilmiş “Metsamor” AES-ni əvəzləyəcək Amerika texnologiyası ilə yeni AES-in layihələndirilməsi və tikintisinə imkan yarada bilər.