Ermənistan İranın on ən böyük ticarət tərəfdaşı sırasındadır.
Teleqraf.com xəbər verir ki, bu barədə İran Gömrük İdarəsinin məlumatında deyilir.
Məlumatda bildirilir ki, bu aylarda ticarətin həcmi (neft-qaz sektoru istisnadır) əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq 192 milyon dollara yaxın olub.
Qeyd olunur ki, son bir neçə ayda İran və Ermənistan iqtisadi əlaqələri aktivləşdirib. Fevralda Tehranda iqtisadi məsələlər üzrə hökumətlərarası komissiyanın iclasında təxminən iki sənəd imzalanıb, həmçinin baş nazirin müavini Mqer Qriqoryan bəyan edib ki, iki ölkə mal dövriyyəsini 3 milyard dollara çatdıra bilər.
İran uzun illərdir Ermənistanın on ən böyük ticarət tərəfdaşı sırasındadır. 2023-cü ilin birinci yarısında iki ölkənin ticarət dövriyyəsi 323 milyon dollar təşkil edib. Üstəgəl, İran son dörd ildə Ermənistanın silahlandırılmasında mühüm rol oynayır. Bura ayrı-ayrı ölkələrdən İrəvana göndərilən silahların çatdırılmasından tutmuş İran istehsalı silahların verilməsi də daxildir. Söhbət silahların satılması yox, ermənilərə peşkəş edilməsindən gedir. Başqa sözlə, İranın Ermənistanla ticarətə artan marağı bu ölkəyə dəstək kimi də ifadə oluna bilər.