8 Oktyabr 17:21
2 933
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya xarici işlər naziri Sergey Lavrov dünən Moskvada erməni həmkarı Ararat Mirzoyan və səfir Qurgen Arsenyanla bir sıra ölkələrdə geniş yayılmış “it yerişi” trendini müzakirə edib.

Teleqraf.com xəbər verir ki, rusiyalı nazir Mirzoyandan bunun Ermənistanda da yayılıb-yayılmamasını soruşub.

“Sizdə kvadroberlər var? İt maskası taxırlar. Bu, hazırda ən vacib məsələlərdən biridir. İt kimi gəzirlər”, - Lavrov bildirib.

Söhbətin videosunun bu hissəsi bu gün Rusiyanın Teleqram kanallarında yayılıb.

Mirzoyan kvadrober hərəkatı haqqında məlumatlı olduğunu təsdiqləyərək, bunu “yeni” adlandırıb. Öz növbəsində Arsenyan əlavə edib ki, Avropada kvadroberlər artıq özlərini “cins” kimi qələmə verirlər.

Ekspertlərin fikrincə, Rusiyanın baş diplomatının "qəfil" bu mövzuya toxunması siyasi anlam daşıyır və bu, Ermənistan rəsmilərinin "maskalanmasına" eyhamdır.

Qeyd edək ki, pişik, it, tülkü və sair kimi hansısa heyvana bənzəməyə çalışan insanlara kvadroblar deyilir. Hansısa heyvanlara bənzəmək üçün oxşar maskalar taxırlar, paltarlarına quyruqlar və digər elementlər yapışdırırlar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər