28 Aprel 2018 17:09
1 489
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda Formula 1 üzrə Azərbaycan Qran-Prisində sıralanma turu başlayıb.

Teleqraf.com xəbər verir ki, sıralanma turu 60 dəqiqə çəkəcək.

Sıralama yarışlarına 10 komandanın heyətində 20 pilot qatılıb. Yarışlarda “Mercedes”in heyətində Luis Hamilton, Valterri Bottas, "Ferrari"nin heyətində Sebastyan Fettel, Kimi Raykkonen, "Red Bull"un heyətində Daniel Rikkardo, Maks Ferstappen, "Fors İndia"nın heyətində Serxio Peres, Esteban Okon, "Uilyams"ın heyətində Lens Stroll, Sergey Sirotkin, "Reno"nun heyətində Niko Hülkenberq, Karlos Sayns, “Toro Rosso”nun heyətində Pyer Qasli, Brendon Hartli, "Haas"ın heyətində Roman Qrojan, Kevin Maqnussen, "MakLaren"in heyətində Fernando Alonso, Stoffel Vandorn, "Sauber"in heyətində Markus Eriksson və Şari Lekler çıxış edir.

Xatırladaq ki, Bakıda Formula 1 üzrə Azərbaycan Qran-Prisinin üçüncü sərbəst yürüşlər yekunlaşıb.

Yarışın qalibi 1:43.091 nəticə ilə "Ferrari"nin heyətində Sebastyan Fettel olub. Finiş xəttini ikinci yerdə 1:43.452 nəticə ilə “Mercedes”in heyətində Luis Hamilton, üçüncü yerdə isə 1:43.519 nəticə ilə ilə "Ferrari"dən Kimi Raykkonen keçib.

Qeyd edək ki, ötən gün "Formula 1" Azərbaycan Qran-Prisinin iki sərbəst yürüş keçirilib.

1 saat 30 dəqiqə davam edən ilk sərbəst yürüşlərdə yarışda 1:44.242 saniyə nəticə ilə "Mercedes" komandasının pilotu Valterri Bottas hamıdan üstün olub.

"Red Bull"un heyətində Daniel Rikkardo qalibdən 0,035 saniyə, "Fors İndia" komandasının üzvü Serxio Peres isə 0,833 saniyə geri qalıb.

İkinci sərbəst yürüşdə hamıdan sürtəli "Red Bull"un heyətində Daniel Rikkardo olub. O, yarışda yarışda 1:44.795 saniyəlik nəticə göstərib.

İkinci pillədə 1:42.864 saniyə nəticə ilə "Ferrari"dən Kimi Raykkonen, üçüncü yerdə isə 1:42.911 göstərici ilə "Red Bull"-un digər təmsilçisi Maks Ferstappen qərarlaşıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər