23 İyun 2014 18:36
1 309
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın paytaxtı Moskvada 6 skinhed azərbaycanlı gənci döyərək öldürüb.

Həmyerlimizin kimliyi Z.A (37) olaraq göstərilir. Həmyerlimizə hücum anı təhlükəsizlik kameraları tərəfindən anbaan lentə alınıb.

Qeyd edək ki, skinhedlər gündüz saatlarında hər kəsin gözü qarşısında həmyerlimizə hücum edib. Şahidlərin bildirdiyinə görə, skinhedlər həmyerlimizin bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib. Gəncin öldüyünü zənn edən rus anarxistlər hadisə yerini qaçaraq tərk ediblər.

Yaxınlıqda olan adamların köməkliyi ilə həmyerlimiz xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Olayla əlaqədar Rusiya polisi 3 skinhedi saxlayıb. Digərlərinin isə axtarışı gedir.

Hadisə ilə əlaqədar cinayət işi açılıb./axar/


Rusya’da dazlaklar sokak ortasında Azeri genci... by apocank


Müəllif: