5 İyul 2016 15:58
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan Araz çayının çirklənməsinin qarşısını almaq üçün təcili addımlar atmalıdır”.

Bu sözləri İran prezidentinin müavini, Ətraf Mühiti Qoruma Təşkilatının rəisi Məsumə Ebtikar deyib.
M.Ebtikar bildirib ki, İran müntəzəm şəkildə Arazda çirklilik səviyyəsini yoxlayır və çayın çirklənməsinin qarşısını almaq üçün davamlı proqramlar həyata keçirir: “İran Ermənistana öz mövqeyini çatdırıb ki, Araz çayına axıdılan tullantıları azaltmalıdır və tez bir zamanda suyun çirklənməsinin qarşısını almaq üçün addımlar atmalıdır. Bu məsələ ikitərəfli sazişdə də öz əksini tapıb”.

M.Ebtikar qeyd edib ki, Ermənistan dövləti çayın çirklənməsinin qarşısını almaq üçün öz öhdəliyini yerinə yetirməlidir.

Qeyd edək ki, Arazın Ermənistandan keçən hissəsinə çirkab suların və sənaye tullantılarının axıdılması nəticəsində çayda ekoloji durum pisləşib. İran və Ermənistan Araz çayının çirklənməsinin qarşısını almaq məqsədilə sənəd imzalayıblar. Bu sənədə əsasən 2017-ci ilədək Ermənistan öhdəliyini yerinə yetirməli və çirklənmənin qarşısını almaq üçün layihələr icra etməlidir. (“APA”)


Müəllif: