24 İyun 2014 14:12
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Atbulaq dəmir yolu stansiyasının inzibati binasında yanğın qeydə alınıb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 23-də saat 01.05-də Atbulaq dəmir yolu stansiyasının inzibati binasında yanğın qeydə alınıb.

Nəticədə bütövlükdə yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Qatarların hərəkəti 1 saat 10 dəqiqə müddətində dayanıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: