Ermənistan paytaxtında 17 iyulda ələ keçirilmiş polis keşikçi-patrul xidməti (KPX) alayının binası yerləşən ərazidə atışma səsləri eşidilib.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, bir polis əməkdaşının həlak olduğu bildirilir.
“Avtomobildə olan 30 yaşlı Yura Tepanosyan silahlı qruplaşmanın nəzarət etdiyi ərazidən açılmış snayper atəşi ilə öldürülüb,” İnterfax agentliyinə Ermənistan polisnin mətbuat katibi Aşot Aqarunyan bildirib.
Hadisəyə iki saat qalmış polis binasına nəzarət edən silahlı qruplaşmaya verilmiş möhlət başa çatıb.
Şənbə gününə keçən gecə polislə etirazçılar arasında qarşıdurma olub, çoxlu sayda həbslər var.