1 Avqust 2016 20:24
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün İmişli rayonunda yeraltı təkanlar baş verib.


Teleqraf.com xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, ilk təkan səhər saatlarında, saat 08:49-da qeydə alınıb. 25 km dərinlikdə baş verən 5.6 maqnitudalı zəlzələ 4 bala yaxın hiss olunub.

İkinci yeraltı təkan 3.9 maqnitudada 22 km dərinlikdə olub.

Saat 11:51-də qeydə alınan üçüncü təkanın dərinliyi 28 km, maqnitudası 4.1 olub.

Zəlzələ yaşayış məntəqələrində 3 bala qədər hiss olunub. Təkanlar zamanı bəzi evlərin divarlarında çatlar əmələ gəlib.

Rayon ərazisində ciddi fəsadlar qeydə alınmayıb.

Hazırda rayon Fövqəladə Hallar komisiyası tərəfindən araşdırma aparılır.

Region TV-nin rayondan hazırladığı materialı təqdim edirik:


Müəllif:

Oxşar xəbərlər