Prezident İlham Əliyev Balababa Hüseynağa oğlu Rzayevə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
B.Rzayev Azərbaycanda elektroenergetika sahəsinin inkişafında xidmətlərinə görə fəxri ada layiq görülüb.
Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda elektroenergetikanın inkişafında xidmətlərinə görə Fuad Ağakərim oğlu Məmmədova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.