Bakıda yeraltı dayanacaqlar özəlləşdirməyə çıxarılacaq.
Teleqraf.com Fins.az-a istinadla xəbər verir ki, söhbət "Azadlıq" meydanı və Füzuli küçəsindəki (Qış bağının altında yerləşən) yeraltı avtomobil dayanacaqlarından gedir.
Nazirlər Kabinetinin qərarına görə, bu dayanacaqların idarəetməyə verilməsi nəzərdə tutulur. Hazırda həmin dayanacaqlar Bakı şəhər icra hakimiyyətinin nəzdində fəaliyyət göstərir.