Qaradağın rayonu ərazisində vulkan püskürüb.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Hadisə Qaradağın Səngəçal qəsəbəsində baş verib. Palçıq vulkanının püskürməsi barədə nazirliyə məlumat daxil olub. FHN əməkdaşları hadisə yerindədirlər.
AMEA-nın Geologiya və Geodeziya İnstitutunun palçıq vulkanizmi şöbəsinin müdiri Adil Əliyev Teleqraf.com-a bildirib ki, vulkan yaşayış yerlərindən kənarda püskürüb: “Vulkan püskürməsi dayanıb, alov var. Sabah institutun əməkdaşları əraziyə gedəcək və vulkan tədqiq ediləcək.
Hadisənin səbəbləri barədə daha ətraflı məlumat sabah veriləcək”.
İlhamə ƏBÜLFƏT