7 Fevral 2017 17:27
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

“2016-cı il ərzində daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmini vəzifələri uğurla icra olunub, vətəndaşların qanuni mənafeləri etibarlı şəkildə qorunaraq kriminogen durum nəzarətdə saxlanılıb”.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən bildirilib.

Məlumata görə, vətəndaşların əmin-amanlığının yüksək səviyyədə təmin edilib: “Azərbaycan Respublikası əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının azlığına görə ötən ildə MDB və Şərqi Avropa məkanında öncül mövqedə olub. Hesabat dövründə əməliyyat-axtarış və istintaq fəaliyyatini həyata keçirən bütün dövlət orqanları üzrə 26611 (2015-ci il ilə müqayisədə -305 və ya -1,1%), cinayət qeydə alınıb.

Onların 94%-ni və ya 24979-nu daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər təşkil edib”.

İdarədən onu da bildiriblər ki, daxili işlər və prokurorluq orqanları üzrə qeydə alınmış cinayətlərin 14017-i (56,1%) az ağır, 7314-ü (29,3%) böyük ictimai təhlükə törətməyən, 3648-i (14,6%) ağır və xüsusilə ağır cinayətlər olub: “Qeydə alınmış cinayətlərin strukturunda 4586-ı (2015-ci il ilə müqayisədə -45 və ya -1%) şəxsiyyət əleyhinə, 12798-i (+1439; +12,7%) iqtisadi sahədə törədilən, onlardan 12642-i (+1448; +12,9%) mülkiyyət əleyhinə, 6835-i (+32;+0,5%) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 726-ı (-25; -3,3%) dövlət hakimiyyəti əleyhinə olan cinayətlərdir”.

Qeyd edilib ki, cinayətlərin açılması ötən il yüksək olmaqla 83,2% təşkil edib: “Onlardan ağır və xüsusilə ağır növlərinin açılması 80%, o cümlədən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaların 97,4% (o cümlədən ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ilə bağlı cinayətlərin 97,8%), insan alveri ilə bağlı cinayətlərin 95,9%, hədə-qorxu ilə tələb etmələrin 94,5%, qəsdən adam öldürmələrin 94,4%, narkotik vasitələrlə bağlı cinayətlərin 89,9%, qəsdən sağlamlığa ağır zərər vurmaların 89%, xuliqanlıqların 88,3%, zorlamaların 87,5%, quldurluqların açılması 80,9% təşkil edib”.

Az ağır cinayətlər 1429 fakt (+11,4%; 14017-12588), dələduzluqlar 710 (+19,4%; 4370-3660), oğurluqlar 855 (+13,5%; 7192-6337), o cümlədən mənzillərdən oğurluq cinayətləri 333 fakt (+15,4%, 2498-2165) artıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər