"Hazırda rus bölməsində oxuyanlar üçün Azərbaycan dili imtahanının nəticəsi iki il keçərildir. Biz bu modeli gələcəkdə kurikulumla tədirslərini bitirən məzunlar üçün tətbiq edə bilərik".
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, bu il və gələn ilki qəbul imtahanları hələ ki bir modellə qurulub. “Amma iki il sonra ölkədə kurikulumla tədris alan şagirdlər 11-ci sinfi bitirəcək və o vaxta qədər müəyyən modellər üzərində işlənəlicək. Çalışacağıq ki, bir imtahanın nəticəsi iki il istifadə edilə bilsin".
Məleykə Abbaszadə qeyd edib ki, bu yenilik növbəti ildən magistratura səviyyəsinə qəbulda tətbiq ediləcək: “Qurum üçün legitim hüququ mühitin yaradılması üçün bir sıra qərarlar qəbul olundu. Dekabr, yanvar, fevral
aylarında biz fəaliyyətimizi davam etdirə bilmirdik. İndi də dövlət qulluğu ilə bağlı müəyyən qərarları gözləyirik ki, tam fəaliyyətə başlaya bilək.
Qəbul imtahanları, magustratura, rezidentura üçün qaydalar təsdiq olunduğu üçün hər bir imtahanın nəticəsinin iki il istifadə olunması istiqamətində işlər aparacağıq. Yəqin ki, bu qiymətlər ondan sonra elə də yüksək görünməyəcək”.
İlhamə ƏBÜLFƏT