7 Mart 2017 23:15
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Ukraynadakı səfirliyi və Avropa Birliyinin yerli ofisi Ukrayna Fiskal Xidmətinin rəhbəri Roman Nəsirovun həbsini alqışlayıb.



Onların birgə bəyanatında Nəsirovun korrupsiya araşdırmasının davam etdiyi müddət ərzində xidməti vəzifəsindən kənarlaşdırılması və barəsində 2 aylıq həbs qəti imkan tədbirinin seçilməsini təqdir edib.


“Biz son məhkəmə qərarını alqışlayırıq amma həm də xüsusi antikorrupsiya məhkəməsinin vacibliyini qeyd edirik” – deyə bəyanatda deyilir.


Xatırladaq ki, azərbaycanlı Roman Nəsirov “dövlət əmlakını talamaq” maddəsi ilə həbs olunub. O, Ukrayna büdcəsindən 70 milyon dollardan artıq vəsait talayıb.
/Modern.az/


Müəllif:

Oxşar xəbərlər