“Azərenerji” stabil olaraq, bütün vaxtlarda istənilən şəraitə uyğun qabaqlayıcı tədbirlər görür.
Bu barədə Teleqraf.com-a “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı deyib.
Onun sözlərinə görə, adi günlərdə olduğu kimi xüsusi günlərdə də qarşıya qoyulan vəzifələr məsuliyyətlə yerinə yetirilir: "Novruz bayramı xalqımızın əziz bayramıdır. Bayram günlərində də təchizatçılar fasiləsiz, keyfiyyətli elektrik enerjisi ilə təmin ediləcək. Son illər elektrik enerji sisteminin mövcud infrastrukturunun modernləşdirilməsi, müasir texnologiyaların tətbiqi nəticəsində sistemin dayanıqlığı daha da artırılıb və situasiyalara hazırlıq səviyyəsi yüksəldilib.
İstər bayram günləri, istərsə də digər vaxtlarda elektrik enerjisinə olan təlabatını ödəmək üçün əhəmiyyətli dərəcədə generasiya gücünə malikik. Məhz bunun nəticəsidir ki, “Azərenerji” ASC respublikamızın elektrik enerjisi təhlükəsizliyinin təmin edilməsi, ölkəmizin etibarlı elektrik enerjisi ilə təchizatı vəzifəsinin öhdəsindən inamla gəlir”.
Yəhya Babanlı qeyd edib ki, bayram günlərində də “Azərenerji” ASC-nin struktur vahidinə daxil olan qurumlar həmişəki kimi stabil fəaliyyət göstərir.
İlhamə ƏBÜLFƏT