31 Mart 2017 11:41
397
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hazırda Azərbaycan ərazisində seysmoloji vəziyyət fon səviyyəsindədir”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyib.

O xatırladıb ki, mart ayında ölkə ərazisində hiss olunan cəmi bir zəlzələ qeydə alınıb: "Ötən ay maqnitudası 3-dən yuxarı olan bir neçə təkan qeydə alınıb ki, o da hiss olunmayıb. Həmin təkanların bir neçəsi Xəzər dənizində, biri Hacıqabulda qeydə alınıb. Bir də Azərbaycanın işğal olunmuş ərazisi olan Kəlbəcərdə maqnitudası 3.7 olan zəlzələ qeydə alınıb, həmin zəlzələnin dərinliyi az olduğu üçün hiss olunub".

Mütəxəssis qeyd edib ki, zəif, hiss olunmayan təkanlar isə hər gün olur və bu normal haldır: "Zəif təkanlar qorxulu deyil və insanlar tərəfindən hiss olunmur".

Qurabn Yetirmişli, həmçinin qeyd edib ki, Bakı ərazisində heç bir aktivlik yoxdur.


Müəllif:

Oxşar xəbərlər