14 İyul 2014 18:19

İranın inqilabi məhkəməsi 8 gənci 11 ildən 21 ilə kimi həbsə məhkum edib.



Alınan məlumata görə, onlar bu cəzalarını Facebookda dövlət əleyhinə material yerləşdirməyə görə alıblar.

Adı çəkilməyən bu gənclər milli təhlükəsizlik əleyhinə fəalyyət, rejim əleyhinə təbliğat, dini dəyərləri və dini liderləri təhqir ittihamı ilə həbsə məhkum olunublar.

Qeyd edək ki, Facebook təkcə bu ölkədə deyil, dünyanın əksər yerlərində vətəndaşların ölümünə, həbs edilməsinə və digər neqativ hallara səbəb olur. Bu baxımdan Facebookda hər kəs paylaşdığı statusu, fotonu diqqətlə süzgəcdən keçirdikdən sonra geniş ictimaiyyətin diqqətinə çatdırmalıdır.

/ans press/


Müəllif:
Загрузка...