Həbib Müntəzir adlı birisi feysbukda jurnalistlər üçün tikilən binadan mənzil alan bəzi qələm sahiblərinin evi olduğu ilə bağlı siyahı dərc edib. Guya onu da tələsik məndən – Əflatun Amaşovdan alıbmış. Bu hərəkət adları siyahıda olan tanınmış həmkarlarıma və şəxsən mənə qarşı hörmətsizlikdir, sadəcə olaraq böhtandır.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov qeyd edib.
O bəyan edib ki, heç bir zaman elə bir şəxslə qarşı-qarşıya gəlməyib və telefon əlaqəsi saxlamayıb: “Sadəcə deyirəm, ayıb olsun sənə!”