22 İyul 2014 13:06
1 263
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələrdə Suriyada silahlıların Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin - ARDNŞ-ın avtomobilini ələ keçirdikləri barədə məlumat yayıblar.

Alınan məlumata görə, bu barədə fotoşəkillər paylaşılıb. Fotolarda göstərilir ki, İraq Şam İslam Dövləti silahlı qruplaşmasının üzvləri avtomobili silah gücünə saxlayıblar.



Məsələyə aydınlıq gətirmək üçün ARDNŞ-in mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyevlə əlaqə saxlanılıb. Onun verdiyi açıqlamaya görə, belə məlumatlar həqiqətəuyğun deyil.

Nizaməddin Quliyevin sözlərinə görə, ARDNŞ-in Suriyada heç bir yanacaqdoldurma şəbəkəsi mövcud deyil. Fotoda əks olunan avtomobilin də şirkətə heç bir aidiyyəti yoxdur.

“Maşının nömrə nişanı da şübhəlidir. Belə hallar əvvəllər də olub. O vaxt da bildirilmişdi ki, ayrı-ayrı qruplaşmalar zaman-zaman öz məqsədləri üçün tanınmış şirkətlərin, o cümlədən, ARDNŞ-in brendlərindən istifadə edirlər. Son fotoların yayılması da növbəti belə cəhdlərdən biri kimi qiymətləndirilməlidir”, - deyə Nizaməddin Quliyev bildirib.

/ans press/






Müəllif: