26 Sentyabr 2017 23:26
2 496
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq Kürd Regional Hakimiyyətinin rəhbəri Məsud Bərzani dünən reallaşan qalmaqalı referendumdan sonra yeni açıqlamalar verib.

Teleqraf.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, Bərzani "referendumun müvəffəqiyyətlə geçdiyini, xalqın çoşqu ilə müstəqilliyə "hə" dediyini və İraq Kürd Regional Hakimiyyətinin yeni bir mərhələyə qəməd qoyduğunu" bildirib.

O, İraq mərkəzi hökuməti ilə ciddi və əhəmiyyətli görüşlər keçirmək istədiklərini deyib: "İraq hökumətindən dialoq qapılarını üzümüzə bağlamamağı tələb edirəm. Sizinlə çox uzun bir təcrübəmiz var. Eniş və yoxuşlarımız oldu. Baş nazir İbadi və dialoqa inanan hər kəsə çağırışım budur: Görüş qapılarını qapatmayın".

Son 25 il boyunca Türkiyə və İrana bir təhdid deyil, sabitlik faktoru olduqlarını ifadə edən Bərzani tərəflərin arasında dost əlaqələrin saxlanılmasının əhəmiyyətini vurgulayıb.

Bərzani ayrıca beynəlxalq ictimaiyyətin referenduma verdiyi reaksiyanın doğru olmadığını irəli sürərək, "İraq Kürd Regional Hakimiyyəti terrorla mübarizə apardı, daxili köçkün məsələlərində böyük rol oynadı və beynəlxalq ictimaiyyət ilə əməkdaşlığı bundan sonra da davam etdirmək istəyir" deyib.


Müəllif: Nahid

Oxşar xəbərlər