Almaniya hökuməti Şimali İraq Kürd Muxtariyyətinin keçirdiyi refendumdan sonra bu bölgədəki peşmərgəyə hərbi yardım edib-etməyəcəyi ilə bağlı qərara yenidən baxacaq.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Martin Şkafer açıqalma verib.
Sözcü regiondakı durumu sükut içində seyr etməyəcəklərini, alman ordusunun vəzifəsini yerinə yetirməsi üçün vəziyyətin yetərincə əlverişli olub-olmadığını dəyərləndirməyə çalışacaqlarını bildirib.
Qeyd edək ki, Almaniya ordusu 2014-cu ildən Şimali İraq Kürd Muxtariyyətinə hərbi dəstək verir.