3 Noyabr 2017 23:40
951
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Tiflis-Qars dəmir yolunun açılışı dünya mediasının əsas gündəm hadisələrindən birini təşkil edir.

Teleqraf.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Avronyus" kanalına müsahibə verib. Müsahibədə prezident Bakı-Tiflis-Qars layihəsinin strateji əhəmiyyətindən danışıb.

İlham Əliyev, həmçinin qeyd edib ki, bu yol vasitəsi ilə ölkəmiz böyük gəlirlər əldə edəcək. Bununla bərabər layihə çoxlu sayda yeni iş yerlərinin açılmasına şərait yaradacaq.

Bakı-Tiflis-Qarsın iqtisadi cəhətdən böyük əhəmiyyəti olduğunu vurğulayan dövlət başçısı qeyd edib ki, bu yol boyunca yerləşən bütün ölkələr ondan istifadə edəcəklər.

Dövlət başçısı Bakı-Tiflis-Qars dəmir yolu xəttini müasir dövrün ən vacib nəqliyyat layihlərindən biri adlandırıb.


Müəllif: Teleqraf

Oxşar xəbərlər