10 Fevral 2018 15:43
6 168
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:46

Suriya hökuməti səhər saatlarında hava sahəsini pozan İsrail hərbi təyyarəsini vurduğunu açıqlayıb.

Teleqraf.com-un xəbərinə görə, Suriya dövlət televiziyası bildirib ki, İsrail qırıcıları səhər saatlarında hərbi hissəni vurmaq məqsədilə Suriya hava sahəsinə daxil olublar. Bu zaman Suriya hava müdafiə sistemi İsrailə aid bir qırıcını vurub.

İsrail tərəfi isə ona məxsus F-16 qırıcını Suriya ərazisində İran hərbçilərinin vurduğunu bildirib.

İsrail bəyan edib ki, Suriyada hədəfə almaq istədikləri hərbi hissələr İranın İsrail ərazilərinə göndərdiyi dronların havaya qalxdığı nöqtə olub.

İsrail ordusunun Tvitter hesabından verilən açıqlamaya görə, vurulan qırıcının pilotunun vəziyyəti yaxşıdır.

***

İsrail ordusu Suriyada havaya qalxan və İrana aid dronu vurduğunu bəyan edib.

Teleqraf.com xəbər verir ki, İsrail ordusu dronun İsrailin hava sahəsinə daxil olmaq istəyərkən vurulduğunu bildirib.

Qeyd edək ki, səhər saatlarında İsrailə aid qırıcı təyyarə Suriya ərazisində məhv edilib. Suriya tərəfi bununla bağlı açıqlama versə də, İsrail ordusu təyyarənin Suriyada İran tərəfindən vurulduğunu iddia edib.

İran məsələyə münasibət bildirməyib.

11:21

İsrailin Suriya topraqlarında bir dron vurduğunu açıqlaması və İsrailə aid F-16-nın Suriya hava müdafiə sistemləri tərəfindən vurulmasından sonra İrandan gözlənilən ilk açıqlama gəlib.

Teleqraf.com xəbər verir ki, İranın İnqilab Keşikçiləri Korpusu adından açıqlama verən Hüseyin Səlami İranın "Tasnim" xəbər agentliyinə verdiyi açıqlamada İsraili “yalançı” adlandıraraq, “verdikləri heç bir açıqlamanı doğru saymırıq”, - deyib.

Bundan başqa, Səlami İranın bölgədə yerləşən bütün ABŞ bazalarını vura biləcək gücdə olduqlarını da fikirlərinə əlavə edib.


Müəllif: Cavad

Oxşar xəbərlər