Afrin məsələsində Suriya Prezidenti Bəşər Əsəd ilə PKK/PYD terrorçularının razılaşması ilə bağlı yayılan informasiyalar təxribat xarakteri daşıyır.
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə prezidentinin sözçüsü İbrahim Qalın Tvitter hesabında yazıb:
“Ancaq bu o demək deyil ki, onlar arasında gizli və çirkin bazarlıq yoxdur. Kim nə edirsə etsin, “Zeytun budağı” hərəkatı planlaşdırıldığı formada davam edəcək və hədəfinə çatacaq”.