“Zeytun budağı” əməliyyatı çərçivəsində Afrinə irəliləyən Türkiyə Silahlı Qüvvələrinə qarşı YPG/PKK terror təşkilatının şəhərin dörd bir tərəfində xəndək qazıldığı məlum olub.
Teleqraf.com Türkiyə KİV-inə istinadla xəbər verir ki, Afrinin ətrafındakı bütün bölgələrdə qazıntı işləri aparan terrorçuların həm mövqe, həm də maneə məqsədilə istehkam qurmaq üçün bu yola əl atdığı üzə çıxıb. Eni və uzunluğu 2 metr olan xəndəklər və 2-3 metrlik torpaq təpəciklər fotoqrafın obtyektivinə tuş gəlib. İstehkamın qurulmasına uşaqlar da daxil olmaqla mülki şəxslərin zorla cəlb olunduğu bildirilir.
Məlumatlara görə, terrorçular əhalinin bölgəni tərk etməsinə maneə yaradaraq onlardan bir növ canlı qalxan kimi istifadə edir.