NATO Türkiyənin Suriyanın Afrin bölgəsində apardığı əməliyyatın miqyas və müddətini məhdudlaşdırmağa çağırıb.
Teleqraf.com xəbər verir ki, NATO baş katibinin müavini Rouz Qetemüller Türkiyəni Alyansın dəyərlərini unutmaqda qınayıb: "Ağrım əməliyyatında proporsionallıq prinsipinə əməl edilməli, mülki şəxslərə zərər yetirilməməlidir".
Qeyd edək ki, Türkiyə Baş Qərargahı yanvarın 20-də Suriyanın Afrin bölgəsində "Zeytun budağı" adlı əməliyyat həyata kəsiri. Məqsəd bölgəni PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləməkdir.