15 Mart 2018 11:32
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq 6-cı dəfədir keçirilən Qlobal Bakı Forumunun iştirakçılarının sayı artır.

Bunu bu gün Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) həmsədri, Latviyanın sabiq prezidenti (1999-2007) Vayra Vike-Frayberqa “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumunun açılış mərasimində söyləyib.

Latviyanın sabiq prezidenti deyib ki, min illər öncə ədalətli cəmiyyət anlayışı ortaya çıxıb və Nizami Gəncəvi də əsərlərində ədalətli cəmiyyəti tərənnüm edib: "İnklüziv cəmiyyət inkişafa təkan verir. Etibarlı cəmiyyətin yaradılması üçün fərqlilikləri qəbul etmək lazımdır. Bu, ümumi inkişaf, rifah, sabitlik, sülh üçün vacibdir. İnanıram ki, dünyada inklüziv cəmiyyətlər qurulacaq, dondurulmuş münaqişələr və davam edən ədalətsizliklər bütün dünyanın diqqətinə çatdırılacaq. Biz bir dünyada yaşayırıq, iqlim dəyişikliyi, ədalətsizlik hamıya aiddir"./APA/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər