17:38
Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyevə qarşı irəli sürülən ittihamlar bəlli olub.
Teleqraf.com xəbər verir ki, İ. Əliyevə qarşı Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 192.2-ci (qanunsuz sahibkarlıq) maddələri üzrə ittiham elan olunub və yaxın saatlarda onun barəsində məhkəmə qərarı veriləcək.
17:10
Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə aparılıb
Bu barədə APA-ya vəkil Cavad Cavadov məlumat verib.
Onun sözlərinə görə, İ. Əliyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı prokurorluğun təqdimatına Nəsimi rayon Məhkəməsində baxılacaq.