29 Mart 2018 01:32
1 637
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal ilk dəfə zəhərləyici maddənin təsirinə yaşadığı evdə məruz qalıb.

Bu barədə Skotlend-Yardın yaydığı açıqlamada bildirilir.

“Zəhərləyici maddənin izləri Solsberi şəhərinin bir sıra digər ərazilərində də aşkarlanıb, lakin aşağı konsentrasiyalarda. İnsidentlə bağlı araşdırılmalar davam edir və bir neçə ay davam edə bilər”, məlumatda deyilir.

Qeyd edək ki, martın 4-də Böyük Britaniyanın Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və onun qızına qarşı əsəb-iflic qazı vasitəsilə hücum həyata keçirilib. Rəsmi London insidentdə Rusiyanı günahlandırır, Moskva isə bütün ittihamları rədd edir./APA/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər