2 Aprel 2018 10:54
1 076
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki rusiyalı diplomat Avstraliyanı tərk edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Avstraliya Xarici İşlər naziri Culi Bişop məlumat verib.

O bildirib ki, Rusiyanın Avstraliyadakı səfirliyinin əməkdaşı olan həmin diplomatlara 7 gün vaxt verilmişdi: “Bu gün vaxt başa çatıb. Diplomatlar gecə saatlarında ailələri ilə birlikdə ölkəni tərk ediblər”.

Qeyd edək ki, martın 4-də sabiq rus casusu Sergey Skripal və qızı Yuliya İngiltərədə hücuma məruz qalıb. Kimyəvi hücum nəticəsində həmin şəxslər iflic olub.

Britaniya bu hücuma görə məsuliyyəti Rusiyanın üzərinə atıb və 23 rus diplomatı ölkədən çıxarıb. Rusiya Londonun bu addımına analoji cavab verib.

Martın 26-sı isə ABŞ və bir sıra Avropa Birliyi ölkələri Londona dəstək məqsədi ilə rus diplomatların ölkədən çıxarılmasına qərar verib. Beləliklə, Rusiyaya qayıdacaq diplomatların ümumi sayı 151-ə çatıb.


Müəllif: Samir

Oxşar xəbərlər