9 Aprel 2018 21:29
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəşər Əsəd Suriyanın Şərqi Quta ərazisində kimyəvi silahdan istifadə edib. Nəticədə 80 nəfər həyatını itirib. Ölənlərin əksəriyyəti körpələrdir. Burada belə bir sual ortaya çıxır. Bu gərgin vəziyyətdə Əsədi nə vadar edirdi ki, müdafiəsiz insanlar üzərində kimyəvi silah tətbiq etsin?!

Bunu Teleqraf.com-a açıqlamasında siyasi ekspert Rusif Məmmədov bildirib.

O hesab edir ki, bu işdə Pentaqonun əli var:

“Təbii ki, bu, bir ehtimaldır. Lakin son günlər baş vermiş hadisələr bizə bunu deməyə əsas verir. Bəşər Əsədin kimin sadiq əlaltısı olduğunu hər kəs yaxşı bilir. Əlbəttə ki, Putinin əlaltısıdır. Lakin, aprelin 3-4-də Putinin Ankarada üçtərəfli zirvə görüşü Əsədi Qərbə, daha dəqiq desək, ABŞ-a meyl etməyə vadar edə bilər. Çünki Əsəd yaxşı başa düşür ki, Putinin Türkiyə ilə yaxınlığı, onunla bir masaya oturmayan Ərdoğanın Əsədə təzyiqini birə beş artıra bilər”.

R.Məmmədov əlavə edib ki, bütün bu hadisələrə diqqətlə nəzər yetirdikdə əslində bu silahın istifadəsində ABŞ-ın əlinin olduğunu hiss etmək olur:

“Trampın bu barədə açıqlamasında belə bir fikir dəqqət çəkdi. O qeyd etdi ki, Əsəd bu silahı tətbiq etdiyi üçün əvəz ödəyəcək. Bu əvəzi ona ödətdirmək üçün isə regionda mövcud olmaq lazımdır. Tramp son çıxışında Suriyadan çəkiləcəyini bildirirdi. Türkiyə, Rusiya və İran sövdələşməsi isə ABŞ-ı yenidən Yaxın Şərqdə qalmağa vadar edir ki, bunun üçün də bəhanə lazım idi. Həmin bəhanə də həm İŞİD-i tam məhv etmək, həm də Əsədə “əvəz ödətdirməkdir”. Bu bəhanələr isə ABŞ-ın ənənəvi üsuludur. Məgər PKK, YPG (PYD), İŞİD-i maliyyələşdirib sonra da onlarla döyüşmək adı altında regionu viran qoyan ABŞ deyil?”


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər