Avqustun 11-də Serbiyanın müdafiə naziri Bratislav Qaşiç Azərbaycana rəsmi səfərə gələcək.
Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşü planlaşdırılır.
B.Qaşiçin rəhbərlik etdiyi nümayəndə heyətinin Silahlı Qüvvələrin Hərbi Akademiyası və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi ilə tanışlığı gözlənilir.
Səfər avqustun 13-dək davam edəcək.
BƏXTİYAR