11 Avqust 2014 17:34
913
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Ankara şəhərində leykoz xəstəliyindən müalicə olunan 2 yaş 4 aylıq azərbaycanlı Abdulla Şeyxov vəfat edib

Bu barədə Leykemiya ilə mübarizə İctimai Birliyinin sədri Mehriban Bağırova məlumat verib.

9 aprel 2012-ci il tarixində dünyaya gəlmiş Abdullaya 12 sentyabr 2013-cü ildə Ankara şəhərində kəskin miyeloid leykoz diaqnozu qoyulub. Bu diaqnoz qoyulan uşaq yalnız sümük iliyin köçürülməsi ilə sağala bilərdi. Bundan ötrü pul vəsaiti ilə yanaşı donor da lazım olub. Azərbaycanda onun üçün pul toplanıb, hətta donor da tapılıb. Lakin körpə çətin gedən müalicəyə dözə bilməyərək avqustun 9-da vəfat edib.

Allah rəhmət eləsin!

/qafqazinfo/


Müəllif:

Oxşar xəbərlər