Gömrük Məcəlləsinə "broker" sözünün dəyişdirilməsi təklif edilib.
Teleqraf.com xəbər verir ki, bunu Dövlət Gömrük Nəzarətinin Təşkili Baş idarəsi rəisinin müavini Səməd Qaralov deyib.
O bildirib ki, sovet dövründə işlənən və bu günə qədər Gömrük Məcəlləsində qalan bir sıra sözlər dəyişdirilə bilər:
"Bizim o vaxt istifadə etdiyimiz "broker" sözü bu gün dəyişdirilməlidir. Təklif edirik ki, onun əvəzinə "gömrük təmsilçisi" ifadəsi işlədilsin".