Türkiyənin Yüksək Seçki Şurasının (YSK) qərarına ilə ölkə ərazisində keçirilən növbədənkənar prezident və parlament seçkiləri başa çatıb.
Teleqraf.com xəbər verir ki, yerli vaxtla saat 08.00-da açılan seçki məntəqələri 17.00-da bağlanıb.
Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gülün seçkilər zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb.
Seçkilərə Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncə, İyi Partiyanın sədri Meral Akşener, Səadət Partiyasının sədri Təməl Karamollaoğlu, Vətən Partiyasının sədri Doğu Perinçək və Xalqların Demokratik Partiyasının (HDP) həbsdə olan namizədi Səlahəddin Dəmirtaş qatılıblar.