11 İyul 2018 16:44
1 017
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əgər 81 nəfərin milyonlarla manat pulunu oğurlamış bu şəxs azadlığa çıxacaq və bunun zərərçəkmişlərə xeyri dəyməyəcəksə, o, həbsdə qalsa, yaxşıdır.

“Texnikabank”ın Bakı filialının keçmiş rəhbəri Zal Yusifovun azadlığa buraxılması ehtimalı barədə Teleqraf.com-a danışan Ağ Partiyanın sədri Tural Abbaslı belə deyib.

Partiya sədri hesab edir ki, əgər həmin şəxs azadlığa çıxacaqsa, ədalət prinsipləri gözlənilməlidir:

“Mən kiminsə həbsdə qalmasının tərəfdarı deyiləm. Əgər o, cəzasının azaldılması, yaxud azadlığa buraxılması müqabilində 81 nəfərin zərərini ödəyəcəksə, bu barədə qərar verilsin. Əgər bu bankın keçmiş rəhbəri hansısa əlaqələrindən istifadə edib azadlığa çıxacaqsa və zərərçəkmişlərə dəyən ziyan ödənməyəcəksə, onun azadlığa çıxmasının , yaxud cəzasının azaldılmasının heç bir mənası olmayacaq. Bu, etiraz yarada bilər. Əgər bi xeyri dəyəcəksə, çıxarılsın, əks halda onun yerinə azadlığa buraxılmalı olan daha yaxşı insanları buraxmaq lazımdır”.

Qeyd edək ki, 81 nəfər zərərçəkmiş vətəndaşın milyonlarla pulunu ələ keçirən “Texnikabank”ın Bakı filialının sabiq rəhbəri Zal Zakir oğlu Yusifovun 2012-ci ildə Cinayət Məcəlləsinə edilən dəyişikliyin ona tətbiq olunması barədə müraciətinə baxılıb. Zal Yusifov həmin dəyişikliyi rəhbər tutaraq, vaxtından əvvəl azadlığa buraxılması və qanunla müsadirə olunması üçün üzərində həbs olunan əmlakların ona qaytarılmasını tələb edib. Xəzər Rayon Məhkəməsində hakim Əkrəm Qəhrəmanovun sədrliyi ilə baş tutan iclasda Zal Yusifovun istəyi nəzərə alınıb. Hakim onun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təyin edilmiş 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasını 12 ilə endirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər