“Türk Hava Yolları” (THY) İstanbulda açılacaq yeni hava limanından ilk beynəlxalq uçuşu Azərbaycana və Şimali Kipr Türk Respublikasına reallaşdıracaq.
Teleqraf.com “Haber7”yə istinadla xəbər verir ki, bu barədə “Türk Hava Yolları”nın baş direktoru Bilal Əkşi məlumat yayıb.
Onun sözlərinə görə, üçüncü İstanbul aeroportu oktyabrın 31-də istifadəyə veriləcək. Bilal Əkşi ilk daxili uçuşun isə paytaxt Ankaraya olacağını açıqlayıb.