Tacikistan prezidenti Emomali Rahmonun Azərbaycan səfərinin tarixi açıqlanıb.
Teleqraf.com-un APA-ya istinadən verdiyi məlumata görə, səfər avqustun 9-na planlaşdırılır.
Bildirilir ki, Tacikistan prezidentinin Azərbaycana səfəri çərçivəsində iki ölkə arasında bəzi sənədlərin imzalanması gözlənilir.
Qeyd edək ki, avqustda Tacikistan prezidenti E. Rahmonun Özbəkistan və Türkmənistana da səfəri planlaşdırılıb.