Bu il qəbul imtahanlarında təqdim olunan təxminən 5074 plan yeri boş qalıb.
Teleqraf.com xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, birinci ixtisas qrupu üzrə 1693 yer, ikinci ixtisas qrupu üzrə 2611, üçüncü ixtisas qrupu üzrə 248, dördüncü ixtisas qrupu üzrə 122, beşinci ixtisas qrupu üzər 400 yer boş qalıb:
“Ümumilikdə plan yerləri 88.73 faiz dolub. Boş qalan yerlərə bu gündən qəbul elan olunacaq və proses avqustun 20-dək davam edəcək. Ali məktəblərə qəbul olmayanlar ərizə verə biləcəklər.
Dövlət ali məktəbləri üzrə plan yeri 91.5 faiz, özəl ali təhsil müəssisələr üzrə isə 73 faiz dolub. Bu rəqəmlər göstərir ki, abituriyentlər dövlət ali məktəblərə daha çox üstünlük verirlər”.