18 Sentyabr 2018 09:46
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Metropoliteni 18 sentyabr – Milli musiqi gününü xüsusi layihə ilə qeyd edəcək.

Teleqraf.com xəbər verir ki, metropolitendən istifadə edən sərnişinlərə bayram ovqatı bəxş etmək məqsədilə sentyabrın 18-də sərnişin axını daha çox olan bir neçə stansiyanın vestibülündə konsert proqramları təşkil olunacaq.

Musiqi proqramına milli və klassik musiqi nümunələri daxildir. Bu dəfəki proqramda canlı musiqi aşağıda göstərilən saatlarda səsləndiriləcək:

- “İçərişəhər” stansiyası – saat 11:00-12:30;
- “Sahil” stansiyası – saat 12:00-13:30.
- “28 May” stansiyası – saat 13:00-14:30;
- “Elmlər Akademiyası” stansiyası – saat 14:00-15:30.


Müəllif: Aytən Yusifova