20 Sentyabr 2018 23:58
1 482
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər Aşura günü ilə bağlı Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə keçirilən könüllü qanvermə aksiyasında qan verərkən insanların aksiyadakı fəallığını görüb çox məmun oldum.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Qənirə Paşayeva deyib.

5539 nəfərin qan verdiyi barədə rəsmi açıqlamanı xatırladan deputat verilən qanın xəstə insanlara dəstək olduğunu qeyd edib: “Bu aksiya məhz Aşura günü ediləcək ən gözəl əməllərdən biridir.Təşkilatçılar da, iştirak edənlər də sağ olsunlar. Allah Aşura gününün sözün əsl mənasında anlamını dərindən dərk edə bilməyi hər bir insana nəsib etsin”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər