24 Sentyabr 2018 15:06
898
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın daxili işlər naziri general-polkovnik Ramil Usubov sentyabrın 24-də İrana səfərə gəlib.

Teleqraf.com xəbər verir ki, səfər çərçivəsində nazir Ramil Usubov İranın daxili işlər naziri Əbdülrza Rəhimi Fəzli və Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Şamxani ilə görüşüb.

Görüşlərdə qarşılıqlı əlaqələrin perspektivləri, narkotik maddələrin qaçaqmalçılığına və beynəlxalq terrorçuluğa qarşı birgə mübarizə məsələləri müzakirə edilib.

Ramil Usubovun İran parlamentinin sədri Əli Laricani və kəşfiyyat naziri Seyid Mahmud Ələvi ilə də görüşləri nəzərdə tutulub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər