Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şura üzvlərinin nazirliyin məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri, işçi qrupla əlaqələndirici Elnur Süleymanovla görüşü keçirilib.
Teleqraf.com xəbər verir ki, İctimai Şuranın sədri Umud Mirzəyev nazirliklə vətəndaş cəmiyyəti təmsilçiləri arasında qurulmuş səmərəli əməkdaşlıq əlaqələrinin, xüsusən bu görüşün əhəmiyyətini qeyd edib.
Elnur Süleymanov isə qeyri-rəsmi məşğulluqla mübarizədə nəzarət tədbirlərinin gücləndirilməsi, bu sahədə aparılan monitorinq, təhlillər və maarifləndirmə işləri barədə danışıb.
İctimai Şuranın üzvü, işçi qrupun koordinatoru Zaur Quliyev işçi qrupun fəaliyyət planını təqdim edərək, nəzərdə tutulan tədbirləri diqqətə çatdırıb, qarşılıqlı əməkdaşlıq şəklində fəaliyyətlərin davam etdirilməsinin zəruliyini qeyd edib. Bununla yanaşı ƏƏSMN yanında İctimai Şura və işçi qrupunun şəffaflığın təmin olunması məqsədilə özünüməşğulluq proqramının icrası prosesində ictimai nəzarətin həyata keçirilməsinin vacibliyi qeyd olunub.
Görüş qarşılıqlı müzakirə şəklində davam edib.