İsveçdə səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti İsveç Azərbaycan Birliyinin təşkil etdiyi tədbirə qatılıb.
Teleqraf.com xəbər verir ki, tədbiri giriş sözü ilə açan dövlət komitəsinin sədri Fuad Muradov İsveçə səfəri çərçivəsində keçirilən görüşlər və əldə edilən razılaşmalar barədə ətraflı məlumat verərək səfər çərçivəsində təsis konfransına da qatıldıqlarını bildirib. Koordinasiya Şurasının yaradıldığını və koordinatorların seçildiyini qeyd edərək, bununla da diasporun yeni mərhəlyə qədəm qoyaraq Skandinaviya regionunda fəaliyyətinin daha aktiv və məqsədyönlü həyata keçiriləcəyinə əminliyini vurğulayıb.
İsveç-Azərbaycan Birliyinin rəhbəri Sevda Dadaşova rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən, keçirdiyi tədbirlərdən və qarşıya qoyduğu məqsədlərdən söz açıb.
Görüş diaspor fəaliyyəti ilə bağlı interaktiv müzakirələrlə davam etdirilib.